• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ay Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən ay Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb
02.05.2017 13:00
Aprel ayında həmin mərkəzlərə ümumilikdə 16 593 müraciət daxil olub.
 
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən "Report”a verilən məlumata görə, ötən ay ərzində həmin mərkəzlərə ümumilikdə 16 593 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14 146 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə aprel ayında 2447 vətəndaşa xidmət göstərilib.

Nazirlikdən bildirilib ki, Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 129 sənəd (544 məktub, 368 ərizə, 217 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin diaqnostik qiymətləndirilməsi, ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı olub.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3 449 zəng) və çərşənbə axşamı (2 846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (574 müraciət) və cümə (524 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol