Külli miqdarda siqaret müsadirə olunub

Gömrük nəzarətinə bəyan edilməyən, 3400 ədəd "Dubao" markalı siqaret müsadirə edilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətinə bəyan edilməyən, 3400 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























