• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların realizə olunmasının qarşısı alınıb

Azərbaycanda qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların realizə olunmasının qarşısı alınıb
03.05.2017 22:20
Faktla bağlı araşdırma aparılır

ANN.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.

"ANN” DGK-ya istinadən xəbər verir ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin məhsulları satan 2 Azərbaycan vətəndaşı və məhsulların daşındığı "Opel Astra" və "VAZ-2106" markali avtomobillər müəyyən edilib. Şərti alıcı qismində çıxış edən əməliyyatçılar Quba şəhəri, Heydər Əliyev prospektində həmin şəxslərlə əlaqə yaradıb və sövdələşmə baş tutduqdan sonra özlərini təqdim edərək avtomobillərə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Xaçmaz Gömrük İdarəsinə dəvət ediblər.

Gömrük baxışı zamanı hər iki avtomobilin yük yeri və salonlarından ümumilikdə üzərində Belarus Respublikasının aksiz markası olan 8980 ədəd "NZ Gold Compact" markalı siqaretlər, Rusiya Federasiyasının aksiz markası ilə markalanan 9 ədəd 1 l-lik və 60 ədəd 0.5 l-lik araqlar, üzərində aksiz markası olmayan 2 adda 1 l-lik 20 ədəd viskilər, 25 kq konfet və 2 adda 78 kq kolbasa və 2 adda 265 kq yağ aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol