Sürücülərin diqqətinə: Bakıda bu yol bağlanacaq

Mayın 8-də "10-cu zavod dairəsi”ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun "Koroğlu” stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
ANN.Az-ın məlumatına görə, bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
V.Əsədov deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar həmin gün təlim-məşqlərə start veriləcək:
"Bu yollarda məhdudiyyət həmin gün günorta saatlarından axşama saatlarına qədər davam edəcək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























