• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı gömrük zabiti keşiş oldu

Azərbaycanlı gömrük zabiti keşiş oldu
07.05.2017 17:35
Roma Papası Fransısk bu gün 10 keşiş təyin edib, onlardan biri Azərbaycandandır.

Amews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Vatikanın "Katolik xəbərləri agentliyi" məlumat yayıb.

Məlumata görə, Roma Papası yeni təyin edilən keşişləri "hər şeydə İsaya oxşamağa, ikiüzlülükdən çəkinməyə və insanlara İsa kimi sevgi və rəğbətlə xidmət etməyə çağırıb”.

Nəşr qeyd edir ki, təyin edilən keşişlər əslən İtaliya, Meksika, Peru və Azərbaycandandırlar.

Papa Fransısk öz xütbəsini bu sözlərlə qurtarıb: "Sizin qarşınızda həmişə Xeyirxah Keşişin nümunəsi dayanmalıdır, hansı ki, xidmət etmək üçün gəlmişdi, onun üçün yox ki, ona xidmət etsinlər".

Qeyd edək ki, B. Mustafayev pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.
Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur.
 
Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunub.
B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol