• $
  • €
  • ₽
  • ₺
  • £

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
08.05.2017 14:00
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
 
EUR
Fransada bazar günü keçirilən prezident seçkisinin Avropa Birliyi siyasətçilərinin və iqtisadiyyatçıların razı qaldığı nəticə ilə bitməsi fonunda EUR/USD məzənnəsində də sürpriz dalğalanma müşahidə edilməyib.
Beləliklə,yekun nəticələrin açıqlanması öncəsi, yəni son 2 həftə ərzində artıq 1.10$-a kimi bahalaşan EUR/USD məzənnəsi bu gün səhər yenidən ucuzlaşmağa başlayıb. Avro 1.10$-ın altında qalarsa, 1.0820 və 1.0725$-a kimi də ucuzlaşa bilər.
 
GBP
Bazar ertəsi 1.2950$-a kimi ucuzlaşan funt/dollar məzənnəsi isə 1.2807 və 1.2750$-a kimi də ucuzlaşa bilər. Bu həftə ərzində maliyyə bazarlarında Böyük Britaniya ilə Avropa Birliyi arasında ayrılıq danışıqları, Böyük Britaniya Mərkəzi Bankının may ayı üzrə monetar siyasət qərarı və FED-in iyun ayı üzrə faiz artımı gözləntiləri investorların diqqət mərkəzində olacaqdır.
 
TRY
Türkiyə maliyyə bazarlarında  Türk lirəsi 3.54 lirəyə kimi ucuzlaşıb və 3.60 lirəyə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Ölkədə inflyasiyanın artması, gələcək günlər ərzində lirəyə olan təzyiqləri də artıra bilər.
 
OIL
Enerji bazarlarında isə bazarlarda təklifin artması ilə neft qiymətlərinin 47$-a kimi ucuzlaşmasının şahidi oluruq. Gələcək günlərdə də Avropanın Brent markalı neftinin bir bareli üzrə fyuçerslərinin 47 və 50$ aralığında ticarət olunacağı proqnozlaşdırılır.
 
GOLD
Əlvan metallar bazarlarında isə qızıla olan tələbin yenidən artdığı müşahidə edilir. Belə ki, artıq cari həftənin ilk günündə 1235$-a (39.6 $/qram) kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti 1249$-a (40.1 $/qram) kimi də dəyər qazana bilər.
 
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
 
 "İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
 
"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol