Komitə sədri vəfat etdi

"Azər-Türk Bank" ASC-nin Audit Komitəsinin sədri Fuad Gəncəliyev vəfat edib.
anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir.
F.Gəncəliyev, həmçinin Maliyyə Nazirliyinin sektor müdiri olub. Nazirliyin yaydığı elandan məlum olur ki, F.Gəncəliyevlə yanaşı onun atası Cəmaləddin Gəncəliyev də dünyasını dəyişib. Qurum hər iki şəxsin vəfatı ilə əlaqədar başsağlığı verib.
Qeyd edək ki, F.Gəncəliyev 43 yaşında dünyasını dəyişib. Onun xərçəngdən əziyyət çəkdiyi bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























