• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Leyla Əliyeva Talassemiya Mərkəzində olub
10.05.2017 17:40
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 10-da Talassemiya Mərkəzində olub.
 
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan müalicələr barədə məlumat verib. Bildirilib ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi, həm də mənəvi cəhətdən dəstək baxımından əhəmiyyətli səhiyyə ocağıdır.
 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək onların müalicəsinin gedişi ilə maraqlandı. Həmçinin osteoporoz xəstəliyi olan uşaqlara Heydər Əliyev Fondu adından dərman preparatları təqdim olunub.
 
Leyla Əliyeva Mərkəzin gələcək fəaliyyəti üçün zəruri məqamlarla maraqlanıb və Fondun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirib.
 
Bu ilin aprelinə qədər Talassemiya Mərkəzində 2959 nəfər dispanser qeydiyyatına alınıb və onlar xəstəlik dərəcəsinə uyğun olaraq müalicə edilir, dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında 976 xəstəyə mütəmadi olaraq eritrosit kütləsi köçürülür. Cari ilin birinci rübündə Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub və onlardan 603 nəfəri ilkin müraciət edənlərdir. Onlardan 72 nəfər dispanser qeydiyyatına götürülüb. İlin üç ayı ərzində 105 xəstə stasionar müalicə alıb. İl ərzində 51 xəstə üzərində sümük iliyi transplantasiyası aparılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol