Məktəbi bitirə bilməyən məzunlar attestat alacaq

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat imtahanları keçiriləcək. İstiPress-in Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak etmək üçün 412 ərizə qeydiyyata alınıb.
Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























