• $
  • €
  • ₽
  • ₺
  • £

“Azneft”in özülündə qaz sızması olub

“Azneft”in özülündə qaz sızması olub
11.05.2017 15:35
Dünən axşam "Azneft" İstehsalat Birliyinin "28 May” NQÇİ-nin əməkdaşları sinoptiklərin hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlığından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) telefonaqramasına əsasən təxliyyə ediliblər. 
 
Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Report-a bildirib. 

O deyib ki, 7 saylı özüldə iddia edildiyi kimi açıq fontan baş verməyib.

Qeyd edək ki, dünən axşam "28 May” NQÇİ-nin 7 saylı özülündə quyunun açıq fontana keçdiyi, işçilərin çoxunun təxliyyə olunduğu barədə məlumat yayılıb.

N.Quliyev bildirib ki, neftçilər SOCAR-ın müəssisə və təşkilat rəhbərlərinə 8 may tarixli telefonaqramına əsasən təxliyyə ediliblər:

"Belə ki, sinoptiklərin məlumatına əsasən, hava şəraitinin dəyişəcəyini, güclü külək əsəcəyini nəzərə alaraq dəniz obyektlərində təhlükəli işlərin görülməsi dayandırılıb, eləcə də əmək normaları çərçivəsində dəniz özüllərindən belə hava şəraitində zəruri sayılmayan əməkdaşların çıxarılması və məsul şəxslərdən ibarət növbətçiliyin təşkil edilməsi təmin olunub".

"Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülünə gəlincə, o qeyd edib ki, orada fontan olmayıb: 

"Bu, normal istehsalat prosesidir. Özüldə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib. Quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altındadır. 

Hazırda quyuda qazma işlərinin davam etdirilməsi üçün lazımi tədbirlər görülür.”

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol