• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda Ermənistan məhsulları satılır"

"Azərbaycanda Ermənistan məhsulları satılır"
15.05.2017 11:45
Ötən il Azərbaycana Gürcüstan vasitəsilə külli miqdarda Ermənistanda yetişdirilmiş ərik gətirildi. Gürcüstanda hər gün azərbaycanlılarla ermənilər görüşürlər, oradan bura mallar gəlir. Heç kim də bu məsələyə nəzarət etmir.
 
anews.az musavat.com-a istinadən xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Bununla bərabər o, birmənalı şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarı olduğunu qeyd edib: "Lakin Ermənistan mallarının Azərbaycanda satılmasını qəbul etmirəm. Biz istehlakçı hüquqlarını qoruyan Zaqafqaziya təşkilatı yaratmışıq və hələ on il öncə "Qırmızı Körpü" bazarında təhlükəli malların qarşısını almışdıq. Ermənistan təşkilatlarının üzərində də müəyyən dərəcədə təsirlərimiz var. Ola bilər ki, Azərbaycan mallarının üzərində etiket olduğu üçün onlar bunu müəyyənləşdirə biliblər. Yanlış fikirdir ki, Azərbaycan malları təhlükəlidir. Ermənistandan Azərbaycana gələn malların üzərində etiket olmur. Ona görə də müəyyən edilmir və Gürcüstan vasitəsilə Ermənistanın kənd təsərrüfatı malları rahat şəkildə ölkəmizə keçirilir. Buna nəzarət etmək də çox mürəkkəbdir".

Ekspert bir müddət öncə Azərbaycan bazarlarında aşkar olunan Ermənistanda istehsal edilmiş şokoladlara da diqqət çəkib: "Bu cür hallar yol verilməz olsa da, Gürcüstan və Rusiya vasitəsilə bəzən Azərbaycana keçə bilir.

 Ermənistanla bağlı bütün növ malların Azərbaycanda satılması yolverilməz haldır. Fəaliyyətə başlayacaq olan Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da təkliflər paketi təqdim etmişik. Qeyd etmişəm ki, əgər orada QHT-lər KİV nümayəndələri təmsil olunmasalar və yalnız indiki dövlət orqanları təmsil olunsalar, bunun heç bir nəticəsi olmayacaq. Orada tam şəffaflıq və ictimai nəzarət mexanizmi olmalıdır". 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol