• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əsas kapitala sərmayələr 4% azalıb

Azərbaycanda əsas kapitala sərmayələr 4% azalıb
15.05.2017 18:20
Əsas kapitala yönəldilmiş sərmayənin 11%-i bank kreditlərinin payına düşür.

anews.az/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 533,4 mln. manat və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% az vəsait yönəldilib.

"anews” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vəsaitin 2,98 mlrd. manatı neft sektoruna, 1,551 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 83,9%-i məhsul istehsalı obyektləri, 11,2%-i xidmət sahələri üzrə obyektlər, 4,9%-i isə ümumi sahəsi 506,5 min kv. metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 36,5%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8%, bank kreditləri 10,8%, büdcə vəsaitləri 10,3%, əhalinin şəxsi vəsaitləri 4,4%, büdcədənkənar fondların vəsaitləri 1,2%, sair vəsaitlər isə 0,5% olub.

Bu ilin ilk 4 ayı ərzində Naxçıvan MR-da 2 136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Saatlı rayonunda 110/35/10 kV-luq "Sarıcalar” elektrik yarımstansiyası, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi istifadəyə verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol