• $
  • €
  • ₽
  • ₺
  • £

Akif Çovdarov: Mən ad çəksəm, necə olacaq?

Akif Çovdarov: Mən ad çəksəm, necə olacaq?
15.05.2017 17:40
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

anews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin əməliyyat olunduğu üçün iclasda iştirak etmədiyi məlum olub. 

Prosesdə çıxış edən dövlət ittihamçısı deyib ki, vəkil on gündən çox üzrlü səbəbdən iclasa gəlmirsə, o zaman yeni vəkil təyin olunmalı və iclas davam etdirilməlidir. Prokuror deyib ki, bəzi epizodların Səlim Məmmədova aidiyyəti olmadığı üçün araşdırmaq olar. 

İclasda çıxış edən Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə deyib ki, S.Məmmədova bəzi epizodların aidiyyəti yoxdursa, nə üçün onlara mütəşəkkil dəstə ittihamı verilib. K.Nəsibov əlavə edib ki, yeni vəkil gəlsə, o da işlə tanış olmaq üçün vaxt istəyəcək. 

S.Məmmədov isə yeni vəkil istəmədiyini bildirib. 

İclasda çıxış edən Akif Çovdarov deyib ki, bu məsələyə münasibət bildirmək istəmir: "Bir söz desəm, sonra yazacaqlar ki, Akif Çovdarovun adamları vəkil Cavid Rzazadəni döyüb, xəstə ediblər”.

A.Çovdarov bildirib ki, mətbuatda agentura şəbəkəsi ilə bağlı yazılanlar yalandır: "Elçin Behbudovun Azərbaycan dövlətinə etdiyi xidmətlərin on faizini prokurorluq və istintaq orqanı birləşsə, edə bilməz. Məhkəmə prosesləri ilə bağlı kim nə istəyir, yazır. Mən ad çəksəm, necə olacaq? Danışsam, vətəndaş müharibəsi, qarışıqlıq olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açıqlama verilsə, nə olacaq? İttiham aktına agentlərin adını yazmaq dövlətçiliyə ziddir. Bundan sonra kim dövlətlə işləyəcək? Bu, dövlətçiliyə xələl gətirməkdir”.

Proses mayın 24-də davam edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol