• $
  • €
  • ₽
  • ₺
  • £

ƏƏSMN əlilliyi olan şəxsləri istirahətə göndərib

ƏƏSMN əlilliyi olan şəxsləri istirahətə göndərib
15.05.2017 22:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari il üçün də əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və bu təbəqədən olan 100 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əlilliyi olan şəxslərin istirahətə göndərilməsi nazirliyin "2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. Proqramda cari il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi də yer alıb. Əvvəlki illərdə də bu istiqamətdə məqsədyönlü işlər aparılıb. Bu il isə 1100 nəfərdən çox əlilliyi olan şəxsin yaz-yay mövsümündə respublikamızın səfalı guşələrindəki istirahət mərkəzlərində mənalı istirahətinin təşkil edilməsi planlaşdırılır.

Qeyd olunan Proqramda bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, respublika daxilində müalicə olunmalarına köməkliyin göstərilməsi, həmin insanların cəmiyyətə inteqrasiyasına, onlara bərabər imkanların yaradılmasına yönələn layihələrin həyata keçirilməsi, onlar arasında idman tədbirlərinin təşkil edilməsi və s. tədbirlər də nəzərdə tutulub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol