• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol polisləri ilə sərhədçilər toqquşdu - VİDEO

Bakıda yol polisləri ilə sərhədçilər toqquşdu - VİDEO
15.05.2017 19:19
Bakıda yol polisi əməkdaşları və Dövlət Sərhəd Xidmətinin zabitləri arasında mübahisə yaşanıb.

anews.az missiya.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, 20-ci sahə adlanan ərazidə baş verib.

Belə ki, polis əməkdaşları içərisində Sərhəd Xidmətinin zabitləri olan qara rəngli "QAZ 31" markalı avtomobili saxlayıblar. Onlar yol hərəkət qaydasını pozmuş sürücüdən maşından düşməyi tələb etsələr də, o, polislərin sözlərinə əhəmiyyət verməyib. 

Şahidlərin sözlərinə görə, sürücü polis əməkdaşlarına "İkimiz də "paqonuq". Niyə saxlayırsınız? Siz də dövlət adamısınız, biz də..." deyə etirazını bildirib.

Yol polisi əməkdaşları isə sürücünün qaydanı pozduğunu və müvafiq tədbirlər görüləcəyini bildiriblər.

Amma Sərhəd Xidmətinin zabitləri buna sərt şəkildə etiraz edib və polisin qanuni tələblərinə məhəl qoymayıblar.

Qeyd edək ki, avtomboli yolun ortasında dayandığı üçün Səbail rayon Dövlət Yol Polis idarəsindən 20 -ci sahə dairəsinə qədər olan yolda böyük tıxac yaranıb.
Şahidlər həmin mübahisə anını lentə alıblar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol