• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq xəbərdarlıq edib

Baş Prokurorluq xəbərdarlıq edib
16.05.2017 19:00
Bundan başqa, həmin məqalələrdə ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq yayılmasına da yol verilib.

Azərbaycan Baş Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, "Anaxeber.az” internet portalında müxtəlif vaxtlarda dərc olunan məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulmaqla həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və dövlət orqanlarının rəsmi məlumatlarına əsaslanmayan dövlət sirri təşkil edən, yənidövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycanın təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilib.
 
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
 
Bundan başqa, həmin məqalələrdə ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq yayılmasına da yol verilib.

Məlumata görə, bununla əlaqədar xəbər portalının baş redaktoru Azər Talıbov Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu xəbər portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına, habelə dövlət sirri təşkil edən məlumatların və ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq ictimailəşdirilməsinə son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol