• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: Xarici telekanallar yeni standartlara keçir

MTRŞ: Xarici telekanallar  yeni standartlara keçir
16.05.2017 20:40
"Bu gün Milli Məclisin plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılan "Kabel şəbəkəsi yayımı haqqında” qanunun qəbul edilməsi kabel şəbəkəsi sahəsində fəaliyyəti daha da inkişaf etdirəcək”.

Anews.az-ın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, yeni qanun bu sahədə abonentlərlə yayımçılar arasında olan münasibətləri tənzimləyəcək. Onun sözlərinə görə, Azərbaycanın kabel şəbəkəsi ilə bağlı milli bazarın təhlükəsizliyi məsələlərinə önəm veriləcək.

N.Məhərrəmli qeyd edib ki, xarici ölkələrin - Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrin kabel şəbəkəsində yayımlanan xarici kanallarda yalnız həmin ölkənin reklamları göstərilir:

"Azərbaycanda isə indiyə qədər belə hal baş vermirdi. İndi yeni qanun layihəsində bu tələb qoyulur. Hesab edirəm ki, bu, çox vacib məqamdır. Çünki Azərbaycanın reklam bazarındakı mövcud vəziyyət bizi çox narahat edir. Qanunvericilikdə bu dəyişiklik olarsa, reklam bazarında da teleradio yayımçıları üçün böyük bir töhfə olacaq”. 

MTRŞ sədri əlavə edib ki, yeni qanun layihəsinə əsasən, xarici ölkə kanallarının Azərbaycanda yayımlanması xarici ölkələrdə olduğu kimi standartlara uyğun olacaq. Rusiyada, Türkiyədə xarici ölkələrin xəbər kanallarının yalnız qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərdiklərini xatırladan N.Məhərrəmli vurğulayıb ki, eyni hal artıq Azərbaycanda da olmalı və bu sahə sistemləşdirilməlidir.

Onun sözlərinə görə, yeni qanun bunları tənzimləyəcək:

"Kabel şəbəkəsi yayımı haqqında” qanunun qəbul edilməsini zəruri edən səbəblər var. Kabel şəbəkəsi yayımı televiziya və radio yayımının bir növüdür və bu sahə 90-cı illərdən fəaliyyət göstərməyə başlayıb. Amma çox zəif inkişaf edirdi. "Televiziya və radio yayımı haqqında” qanun qəbul ediləndə də kabel şəbəkəsi haqqında yalnız bir maddə vardı və burada göstərilirdi ki, mövcud sahə ayrıca qanunla tənzimlənəcək. Qanunvericiliyin bir tələbi kimi "Kabel şəbəkəsi yayımı haqqında” qanun yaradılmalı idi. Amma o dövrdə kabel şəbəkəsi yayımı zəif inkişaf etdiyi üçün qanun qəbul olunmamışdı.

Həmin sahənin tənzimlənməsini Milli Televiziya Və Radio Şurasının qəbul etdiyi qaydalar əsasında aparılırdı.

 Amma bu dövrdən xeyli vaxt keçib və son 10 ildə kabel şəbəkəsi yayımı çox sürətlə inkişaf edib. Həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişiklik çoxdur. Hazırda ölkədə 17 kabel şəbəkəsi fəaliyyət göstərir və bunların yayım ərazisi də artıb. Təkcə Bakıda deyil, Gəncə, Mingəçevir, Sumqayıtda yayım aparılır.

Bundan əlavə, paketə daxil olan kanalların sayı artıb, daha müxtəlif, rəngarəng, mövzu, sahə xarakterli olub.

Mövcud sahə xüsusilə inkişaf edib. Keyfiyyət dəyişikliyinə gəlincə, internet üzərindən yeni yayım forması İP TV deyilən fəaliyyət sahəsi yaranıb. Bunlar hamısı yeni "Kabel şəbəkəsi yayımı” haqqında qanunun yaradılmasını zəruri edib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol