• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı zooparkında anakonda öldü - İNFEKSİYA

Bakı zooparkında anakonda öldü - İNFEKSİYA
17.05.2017 00:06
Bakı şəhər Zooloji parkı əhaliyə müxtəlif növ heyvanları görməyə və onlarla təmasda olmağa imkan yaradır. Zoopark nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir.

Anews.az bildirir ki, Bakı şəhər Zooloji Parkının şöbə müdürü Aynur Hacıyeva modern.az-a açıqlamasında bildirib ki, hazırda burada 150 növ olmaqla 1150 baş heyvan və quş saxlanılır. O, həmçinin axırıncı dəfə Zooparka gətirilən yeni heyvan növlərindən də bəhs edib:

"2017-ci ildən bu aya kimi "Çexiya" müqaviləsi əsasında muntcaq və cırtdan keçilər gətirilib. Hazırda zooparkın ən cavan sakini qırqovullar və yenicə doğulmuş cırtdan keçilərin və Avstriya keçilərinin balasıdır. Zooparkın ən yaşlı sakinləri isə şirlərdir. Zooparkda sultan toyuğu, qonur ayı, tovuzquşu kimi nadir heyvan növləri var.  Hazırda alpaklardan bala gözlənilir. Bir neçə quşların yumurtası  isə inqibatora yerləşdirilib. Müəyyən müddətdən sonra nəticə gözləyirik".

Aynur Hacıyevanın sözlərinə görə, bu il Zooparkda ölən heyvan və quşlar da olub:

"2017-ci ildə ölən heyvanlardan  Svayna qırqovulu, Amerika yenotu, Pavian Qamadril (meymun növü) və anakondanı misal göstərə bilərəm. Pavian Qamadril doğuş prosesini mürəkkəb keçirdiyi üçün, Svayna qırqovulu qara ciyərin iltihabından, Amerika yenotu qocalıqdan ölüb. Anakonda ilanı isə qabıq dəyişmə prosesini düzgün keçirmədi, dərisinə infeksiya düşdü və bu səbəbdən öldü".

A.Hacıyeva bildirib ki, hazırda Zooparka yeni heyvanların gətirilməsi üçün danışıqlar gedir:

"Bakı şəhər Zooloji Parkının digər xarici ölkələrin zooparkları ilə əlaqəsi var. Məsələn, Çexiya, Ukrayna, Moldova, Türkiyə, Rusiya kimi dövlətlər bu siyahıdadır. Hazırda yeni heyvanların gətirilməsi üçün də "Daşkənd" müqaviləsinin danışıqları gedir. Yaxın zamanlarda dəqiq məlumat veriləcək. Qeyd edilən ölkələrlə mübadilə  olur.  Bu il cırtdan keçiləri, muntcağı, leopard və yaquardı da mübadilə nəticəsində gətirmişik".
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol