• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan elminə daha bir ağır itki

Azərbaycan elminə daha bir ağır itki
17.05.2017 09:30
Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri vəfat edib.

Anews.az-ın Report-a istinadən verdiyi məlumata görə, geologiya-mineralogiya elmləri namizədi, BDU-nun "Paleontologiya və tarixi geologiya” kafedrasının müdiri, dosent Həmid Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, H.Hüseynov 1946-cı ilin sentyabrın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsini bitirib, mühəndis-geoloq ixtisasını alıb.

1968-1971-ci illərdə "Paleontologiya və tarixi geologiya” kafedrasının aspirantı olub, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrini tutub. 1975-1979-cu illərdə Fransa və Əlcəzair respublikalarında pedaqoq kimi çalışıb, Milli Neft və Qaz İnstitutunda (Əlcəzair, Bumerdes şəhəri) "Paleontologiya” və "Tarixi geologiya” fənlərindən mühazirələr oxuyub, milli geoloq kadrlar hazırlayıb.

1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib.

2012-ci ildən "Ümumi və tarixi geologiya” kafedrasının müdiri olub.

1 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 5 metodik göstəriş, 100-ə yaxın məqalə və tezislərin müəllifidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol