İrandan Azərbaycana metadon keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi "Renault Premium" markalı yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən nəqliyyat vasitəsinin salonunda aparılan yoxlama zamanı sürücüyə məxsus şəxsi ləvazimatların olduğu əl çantasından üzərində "Pepsi" sözləri yazılan 300 ml-lik qabda xalis çəkisi 0.23 qram təşkil edən narkotik vasitə - metadon aşkar edilib.
Qeyd edək ki, metadon Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin 2-ci siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























