• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dördüncü CEO Lunch təşkil olunub

Bakıda dördüncü CEO Lunch təşkil olunub
18.05.2017 10:30
Caspian European Club və Caspian American Club bu gün (17 may) Bakıda dördüncü CEO Lunch keçirib.

""Networking”in aparıcı vasitəsi olan CEO Lunch şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. Caspian European Club və Caspian American Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda CEO Lunch  keçirir”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Tədbirdə çıxış edən Telman Əliyev Gürcüstanda sentyabr ayından Tbilisi və Batumidə biznes-forumlar, CEO lunch, treninqlər, seminarlar, dəyirmi masalar, illik Caspian Energy Forum, milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq Caspian Energy Georgia şirkətinin fəaliyyətə başlayacağını qeyd edib.

Telman Əliyev Caspian Energy-nin fəaliyyətini təzədən quran və yeniləyən xarici ofislərdə pay iştirakını satışa çıxardığını qeyd edib.

Bu gün Hyatt Regency Baku otelində keçirilən CEO Lunch çərçivəsində Caspian European Club və Caspian American Club-un İdarə heyətinin hər bir üzvü Klubun planları və onun gələcək inkişafı üzrə təklifləri haqda danışıb. Həmçinin şirkət rəhbərləri öz fəaliyyətləri barədə qısa  məlumat veriblər.

Caspian European Club və Caspian American Club-da təmsil olunan və öz iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.
 
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Busi­ness Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və  Caspian Energy International Media Group-a məxsusdurlar.

 * Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club və Caspian American Club-un tədbirinə istinad etmək mütləqdir.
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol