• $
  • €
  • ₽
  • ₺
  • £

"Qadın bezlərinin reklamı necə verilirsə, prezervativ də elə verilməlidir" - FOTO

"Qadın bezlərinin reklamı necə verilirsə, prezervativ də elə verilməlidir" - FOTO
19.05.2017 17:00
Cari ilin ilk 3 ayında İİV-ə yoluxduğu yeni aşkar olunan insanların sayı 108 nəfər olub. 

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri QİÇS-lə mübarizə mərkəzinin direktoru  Esmira Alməmmədova QİÇS- dən dünyasını dəyişmiş insanların Ümumdünya Xatirə günü ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, son bir ildə dünyada İİV-ə yoluxanların sayına baxdıqda bu rəqəm 1,1 milyon təşkil edib. Onlardan 110 mini uşaqlardır. Hazırda İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfərdir:

"Azərbaycanda QİÇS-in yayılma halları az olsa da, ancaq ölkə risk qrupundadır. Cari ilin ilk 3 ayında İİV-ə yoluxması yeni aşkar olunan 108 nəfərdən 107-i azərbaycanlı, 1-i isə əcnəbidir. 107 nəfərdən 71-i kişi, 36-sı isə qadındır. Qadınlar daha çox cinsi əlaqə zamanı bu infeksiyaya yoluxur. QİÇS mərhələsinə keçənlərin sayı isə 31 nəfərdir. Bu ilin 3 ayında 19 nəfər dünyasını dəyişib. 

51 nəfər heteroseksual, 4 nəfər homoseksual əlaqə zamanı, 4 nəfər isə anadan uşağa ötürülməklə yoluxub.

Ümumilikdə 1987-ci ildən bu ilə kimi Mərkəz tərəfdən 5269 nəfərin İİV-infeksiyasına yoluxması qeydiyyata alınıb. Onlardan 3796-ı kişi, 1473-ü qadındır. Hazırda hər kəs pulsuz şəkildə müayinədən keçə bilər və bu analizlər tam məxfi saxlanılır".

Hüquqi İnkişaf və demokratiya İB-nin zədri Zülfiyyə Mustafayeva bildirib ki, hazırda TV və radioda prezervativlər reklamı qəti verilmir: "Qadın bezlərinin reklamları necə verilirsə, bu da eyni cür olmalıdır. Seks işçiləri qorunmaq üçün qoruyucu məsləhət görsə də, müştərilər qəti imtina edir. Yalnız bizdə müştəri artıq pul təklif edərək qoruyuculardan imtina edir. Hazırda seks işçiləri maarifləndirilsə də, müştərilər hələ də qorunmaqdan imtina edir.

Kişilər bəzi hallarda fiziki zorakılıq, bəzi halda da yüksək məbləğ təklif edərək qoruyuculardan imtina edirlər. Hətta qoruyucu təklif edildiyi halda müştərilər qarşı tərəfin yoluxucu xəstəlik daşıyıcısı olduğunu düşünür".

Sonda jurnalistlər İİV-in test müayinəsindən keçib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol