• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün bu yollar bağlanacaq – SİYAHI

Bu gün bu yollar bağlanacaq – SİYAHI
22.05.2017 10:35
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış günü ilə əlaqədar Bakı yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Anews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bağlanış mərasimi ilə əlaqədar bu gün Heydər Əliyev prospektinin "Excelsior” hotelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq. Həmin ərazilərdən istifadə edən sürücülər aeroport istiqamətinə getmək üçün Balaxanı yolundan, yaxud da Zığ yolundan istifadə etməklə aeroport yoluna çıxa bilərlər.

Tamaşaçılar bağlanış mərasimini izləmək üçün Olimpiya Stadionuna metro və ekspress xətt avtobusları vasitəsilə gedə bilərlər.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-də bitəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilib.

Bundan başqa, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə tamaşaçılar (saat 17:00-dan 20:00-dək) 3 ekspress xətti üzrə seçilmiş istiqamətlərdən – metronun "20 Yanvar”, "Gənclik” və "Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaqlar. Mərasimdən sonra da tamaşaçılar ekspress xətt üzrə 3 istiqamətə - metronun "20 Yanvar”, "Gənclik” və "Qara Qarayev” stansiyalarına daşınacaq.

Qeyd edək ki, bağlanış mərasimi zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması ödənişsiz olacaq.

Bundan başqa, Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, ictimai nəqliyyatın hərəkəti də dəyişəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol