• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib

Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib
22.05.2017 23:20
Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirilib.

Milli.Az bildirir ki, 18-19 may tarixlərində keçirilən və  30  ölkədən EFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan  AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JUHİ) iştirak edib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə AFJ-nin təşkilati məsələləri müzakirə edilib; AFJ strukturlarının (pezident  Moqan Bliçerin və ayrı-ayrı departamentlərin) hesabatları dinlənilib, qəbul edilib. 

Daha sonra  Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb. Müzakirələr bölümündə öncə  ATƏT-in media ofisinin təmsilçisi  Patrik Penninksin və Avropa Şurasının İnformasiya ofisindən Marilin Clarkın məruzələri dinlənilib. Hər iki məruzəçi dünyada, o cümlədən Avropada  media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlıqlarını qeyd ediblər: "Xüsusilə, Şərqi Avropa məkanında  durum pisləşməkdə davam edir. Əksər ölkələrdə ictimai yayım qanunları pisə doğru dəyişdirilir. Həmçinin,  media,  əmək, təhlükəsizlik sahəsində qəbul edilən  qanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn madələr daxil edlir".

Polşada ictimai yayım haqqında qanuna antidemokratik maddələrin əlavə edilməsinin ardınca Macarıstanda da analoji proseslər gedib və bu tendensiya güclənməkdə, digər ölkələrə yayılmaqda  davam edir. Toplantıda ictimai yayım haqqında qanunlara neqativ dəyişikliklərin durdurulması çağırışı edilib.
 
AFJ  pezidenti Moqan Bliçer isə çıxışında xüsusi vurğulayıb ki, son illərdə "əmək qanunlarına və medi yayımını tənzimləyən qanunlara   edilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir".  O, Avropa məkanında "kollektiv sövdələşmələr" mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasının  zəruri olduğunu önə çəkib.

Məruzələrdə vurğulanıb ki, xüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinə  edilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Məruzələrdə media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.

Məruzələrdə  internetin inkişafı ilə əlaqədar olaraq ortaya çıxan problemlər də qeyd edilib: "İnternetin sürətli inkişafı müəllif hüquqlarının qorunmasını çətinləşdirir, xəbər istehsalı zamanı  etik standarın qorunması sahəsində problemləri artırır. Bu problemlərin qarşısını almaq üçün qəbul edilən qanunlar isə, bəzən əlavə problemərə, ifadə azadlığının məhdudlaşdırılmasına yol açır. AFJ və İFJ mövzu üzrə müvafiq təşəbbüslər hazırlamaq üçün  internet tənzimlənməsi və müəllif hüquqlarını araşdıran komissiyalarının fəaliyyətinin gücləndirilməsinə qərar verib".

Toplantının gedişində ciddi müzakirə edilən mövzulardan biri də  jurnalist təhlükəsizliyi olub. Həbslər, təqiblər, ölüm halları ilə yanaşı, münaqişə bölgələrində jurnalist fəaliyyətinin çətinləşməsi xüsusi qeyd edilib. Jurnalist təhlükəsizliyi mövzusunun aktul saxlanılması, problemin qarşısının alınması üçün yeni təşəbbüslər hazırlanmasına qərar verilib.

Çıxışlarda qeyd edilib  ki,  Avropa qitəsində media sahəsində önə çıxan problemlər və yeni çağırışlar sonradan örnək olaraq çox sürətlə digər ərazilərə də yayılır və qloballaşır. Bu baxımdan qitə ərazisində meydana çıxan problemlər operativ şəkildə  həll edilməlidir ki, sonradan kütləviləşməsin.

JuHİ sədri Müşfiq Ələsgərli toplantı çərçivəsində müzakirələrə qatılmaqla yanaşı, bir sıra ölkələrin jurnalist təşkilatlarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib, ölkələrimizin media qurumları arasında əməkdaşlıq qurulması üçün razılıq əldə edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol