• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb
25.05.2017 13:40
Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə diabet pəncərəsi xidmətinin yaradılması planlaşdırılır.

"Ötən ilin sonuna olan məlumata görə, Respublika Endokrinoloji Mərkəzində şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Halbuki 2015-ci ildə analoji göstərici 209 377 nəfər təşkil edib".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

Hazırda ölkə əhalisinə 60-dan çox endokrinoloji kabinetlərin xidmət göstərdiyini vurğulayan B.Salek bildirib ki, "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanların müayinə və müalicə məqsədi ilə davamlı addımlar atılır: "Proqram çərçivəsində həm də digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub".

Onun sözlərinə görə, Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə "diabet pəncərəsi" xidmətinin yaradılması planlaşdırılır: "Həmçinin, şəkərli diabetlə xəstə pasiyentlərin müayinəsinin və müalicəsinin, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır".

O əlavə edib ki, ölkədə şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə diabet məktəbləri mövcuddur: "Bu məktəblər Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərir". 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol