• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişin avtobusun hərəkətini ləngitdi, sürücünü söydü, amma... - VİDEO

Sərnişin avtobusun hərəkətini ləngitdi, sürücünü söydü, amma... - VİDEO
25.05.2017 17:00
Bakıda sərnişinlər avtobusun hərəkətini ləngidən şəxsə qarşı çıxıblar. Nəticə isə özünü çox gözlətməyib.

Milli.Az xəbər verir ki, bir necə gün əvvəl "BakuBus" avtobusunda sərnişin qaydalara zidd olaraq ödəniş kartını oxutmamış orta qapıdan avtobusa daxil olur və sürücünün israrlı xəbərdarlığına məhəl qoymayaraq qaydalara əməl etmək istəmir. Bu hadisə avtobusun müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Qeydə alınan videogörüntüdən aydın olur ki, tıxaca görə intervalında ləngimə yaranan avtobusun arxasınca eyni nömrəli digər avtobus hərəkət etsə də, sərnişin qadın yenə də qarşıdakı avtobusa minməkdə israr edir.

Arxadakı avtobus dayanacaqlarda sərnişinlərin çoxluğunu nəzərə alaraq qarşısındakına yaxın məsafədə hərəkət edir. Lakin arxadakı avtobusa minməyən sərnişin intervalı gecikdirməklə yanaşı sürücünün də normal fəaliyyətinə maneə yaradır. Belə ki, qadın avtobusa ön qapıdan minib ödəniş etmir, orta qapıdan minir.

Sürücü isə onu ön qapıya gələrək ödəniş etməyə çağırır və bunu etməyincə avtobusu sürməyəcəyini bildirir.

Yalnız sürücünün və daha sonra sərnişinlərin təkidindən sonra qadın orta qapıdan düşərək ön qapıdan minir və ödəniş edir. Bununla yanaşı, sərnişin yenə də deyinərək özünə haqq qazandırmağa çalışır, üstəlik sürücünü təhqir edir.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, intervallarda yaranan ləngimələrin yaranmasına səbəblərdən biri də məhz bəzi sərnişinlərin qaydalara əməl etməməsidir: "İntervallarda yaranan gecikmələrlə bağlı gün ərzində "BakuBus"un qaynar xəttinə müxtəlif məzmunda müraciətlər daxil olur. Təbii ki, bütün hallarda daxil olan şikayətlər araşdırılır və gecikmə yaradan səbəblər aşkar olunaraq sərnişinə ətraflı məlumat verilir. Aparılan araşdırmaların nəticəsi göstərir ki, gecikməyə gətirib çıxaran obyektiv səbəblərdən - yoldakı avtomobil sıxlığı, tıxac və ya yol hərəkəti qəzası zamanı yolun müvəqqəti bağlanması və s. kimi hallardan başqa, qaydalara əməl etməyən sərnişinlər də marşrut xətti üzrə hərəkət edən avtobusların işini ləngidirlər.

Müsbət məqam isə ondan ibarətdir ki, artıq sərnişinlər arasında qaydalara əməl edən və bunu digər sərnişinlərdən tələb edən ictimai fəal sərnişinlərimizin sayı artır. Bir daha sərnişinlərimizi ictimai nəqliyyatdan istifadə edərkən təhlükəsizlik və davranış qaydalarına əməl etməyə və bu qaydalara məhəl qoymayan sərnişinlərə qarşı vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırıq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol