• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Abbasova niyə vəzifə verildi?

Əli Abbasova niyə vəzifə verildi?
25.05.2017 16:40
Dünən  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın müşaviri təyin olunub. 

Milli.Az xəbər verir ki, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov modern.az-a açıqlamasında bildirib ki, bu təyinatı normal qarşılamaq lazımdır: "Əli Abbasovun AMEA-nın müşaviri təyin edilməsini  normal qiymətləndirirəm. Çünki o, informasiya və kommunikasiya texnologiyaları sahəsində tanınmış mütəxəssisdir. Akademikdir və müəyyən  nailiyyətləri var.  Fikirləşirəm ki, bu sahə üzrə Elmlər Akademiyasında onun faydalı məsləhətləri ola bilər.

Digər tərəfdən  Əli Abbasovun keçmişi, harada işləməsi və ya  vəzifəsindən azad edilməsinin  mənə aidiyyatı yoxdur. Onu mühakimə etməyə haqqım da yoxdur. Mən onu informasiya texnologiyaları sahəsində yaxşı mütəxəssis kimi tanıyıram. Düşünürəm ki, ona müşavir vəzifəsinin verilməsi Elmlər Akademiyasının işinə müsbət təsir götərəcək".

Ramiz Məmmədov həmçinin qeyd edib ki, insanların keçmiş naziri mühakimə etməsi düzgün deyil: "İndi insanlar  Əli Abbasovun əvvəlki fəaliyyətindəki mənfi tərəfləri görür. Amma bu insan həm də mütəxəssisdir axı. Eyni zamanda Əli Abbasov heç mühakimə də olunmayıb. Mən necə onu günahlandıra bilərəm?

Kiminsə də ixtiyarı yoxdur ki, məhkəmənin qərarı olmadan o şəxsi cinayətlə və ya başqa bir şeylə günahlandırsın. Son söz məhkəmənindir. Bu bizim işimiz deyil".

Qeyd edək ki, Əli Abbasov 2004-2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı. Hazırda məhkəmədə həmin korrupsiya işi araşdırılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol