Sumqayıtda yaşayış binasında yanğın olub, 10 sakin təxliyə edilib

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 28 m2 sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























