• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbi Rumıniya universiteti ilə müqavilə imzaladı

Bakı Ali Neft Məktəbi Rumıniya universiteti ilə müqavilə imzaladı
26.05.2017 13:40
Bakıda keçirilən birinci Azərbaycan-Rumıniya Universitetlərinin Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi (BANM) ilə Rumıniyanın Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında razılaşma və Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında razılaşma imzalandı.

Milli.Az xəbər verir ki, PGU-nun prorektoru professor Mixail Minesku ilə keçirilmiş görüşdə BANM-in rektoru Elmar Qasımov qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan müqavilələrin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı.

PGU-nun prorektoru prof. Mixail Minesku bildirdi ki, Erasmus+ proqramı Avropada universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, təcrübə toplamaq, başqa ölkələrdə təcrübə keçmək və tədris etmək imkanları yaradır. O, vurğuladı ki, imzalanmış əməkdaşlıq razılaşması çərçivəsində Erasmus+ proqramı ilə BANM-in tələbələri Ploeşti Neft-qaz Universitetində təhsil ala bilərlər.

M.Minesku həmçinin qeyd etdi ki, 2017-ci ilin oktyabr ayında Ploeşti Universitetində neft-qaz istiqaməti üzrə ali təhsil verilməsinin 50 ili tamam olur. Bildirildi ki, PGU 1948-ci ildə Rumıniyanın sənayeləşmə tələbi və neft-qaz sahəsində ixtisaslı kadr çatışmazlığından irəli gələn ehtiyacları əsasında yaradılmışdır. İlk illərdə institut olaraq fəaliyyət göstərmiş, sonralar isə Ploeşti Neft və Qaz Universiteti adını almışdır (1993). Hazırda Universitetdə Neft-qaz mühəndisliyi, Mexanika və elektrik mühəndisliyi, Neft texnologiyası və neft-kimya kimi fakültələr fəaliyyət göstərir.

Görüşdə, həmçinin Cluj-Napoca Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Sonia Karmen Munteanu da iştirak etdi. O da öz növbəsində təmsil etdiyi universitetdə bir çox mühəndislik proqramlarının tədris edildiyini və BANM-lə əməkdaşlığa açıq olduqlarını bildirdi.

Qeyd edək ki, imzalanmış müqavilələr tələbə mübadiləsi, o cümlədən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol