• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müəllimlərin yerdəyişməsi başladı

Azərbaycanda müəllimlərin yerdəyişməsi başladı
26.05.2017 16:01
Bu gündən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi başlayıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, yerdəyişmə prosesi 26 may-15 iyun tarixlərində həyata keçiriləcək.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib ki, ilkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi aparılacaq, növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə olacaq. 

O bildirib ki, bu ildən müəllimlərin yerdəyişməsi zamanı heç bir müsabiqə və ya müsahibə keçirilməyəcək: 

"Müddətsiz əmək müqaviləsi ilə çalışanlar və iş yerini dəyişmək istəyən müəllimlər miq.edu.gov.az saytında proqram təminatına daxil olmaqla qeydiyyatdan keçəcək və onlar şəxsi məlumatları ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidirlər. Bundan sonra Təhsil Nazirliyi tərəfindən onun iş yerinin dəyişdirilməsinə icazə veriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı onun diaqnostik qiymətləndirmədəki göstəriciləri də son qərarda nəzərə alınacaq. Bu, yekun qərara təsir edən amillərdən biri hesab olunacaq”.

E.Bağırov qeyd edib ki, bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. 

Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi. Nazirlik rəsmisi qeyd edib ki, bu zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi, dəyişdirilmədə olan problemlər və digər məsələlərdən irəli gəlib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol