• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: “Təhsil sistemində hər hansı ixtisar yoxdur”

Nazir müavini: “Təhsil sistemində hər hansı ixtisar yoxdur”
26.05.2017 21:28
"Hazırda təhsil sistemində hər hansı ixtisar məsələsi yoxdur”.
 
Bunu APA-ya təhsil nazirinin müavini Mətin Eynullayev deyib.
 
Mətbuatda diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin ixtisarı ilə bağlı yayılan məlumatlara münasibət bildirən nazir müavini deyib ki, bütün hallarda müəllimlərin pedaqoji fəaliyyəti, onların öz vəzifələrinin öhdəsindən gəlib-gəlməməsi işəgötürən, yəni məktəb rəhbərliyi tərəfindən qiymətləndirilir və bu fəaliyyət təkcə diaqnostik qiymətləndirmənin nəticələrinə görə deyil, şagirdlərin tədris göstəriciləri, müəllimlərin pedaqoji ustalığı və digər zəruri keyfiyyətlərlə ölçülür: "Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə əvvəlki illərdən iki dəfə çox - 6000-ə yaxın vakansiya təqdim ediləcək. Nəticədə təhsil sisteminə savadlı müəllimlər işə götürüləcək. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ana hədəflərindən biri də səriştəli təhsil verənin formalaşdırılmasına, onlarda zəruri kompetensiyaların aşılanmasına və təhsil verənlərin peşəkarlığının yüksəldilməsinə xidmət edir.
 
Bir daha xüsusi qeyd olunmalıdır ki, kütləvi informasiya vasitələri üçün keçirilən brifinqdə əslində medianın diqqətinə çatdırılan əsas məsələ müəllimlik fəaliyyətinə yüksək potensiala malik olan kadrların cəlb edilməsi fikrinin çatdırılmasıdır. Brifinqdə nazirlik əməkdaşları yanlış fikir söyləməklə düzgün ifadə seçməyib və bununla da mediada əslində mahiyyəti tam fərqli olan məlumatlar yer alıb.
Təhsil Nazirliyi Azərbaycan Respublikasında ən böyük işəgötürən qurumlardan biridir. Təhsil Nazirliyi tərəfindən  Azərbaycan Respublikası Prezidentinin  həyata keçirdiyi sosial yönümlü siyasət  əsas götürülməklə  təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş işlər davam etdiriləcək”.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol