• $
  • €
  • ₽
  • ₺
  • £

XDMX-dən xəbərdarlıq: "Kompüterinizə müdaxilə edə bilərlər"

XDMX-dən xəbərdarlıq: "Kompüterinizə müdaxilə edə bilərlər"
27.05.2017 13:40
Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər.

Milli.Az xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən APA-ya  verilən məlumata görə, məşhur videopleyerlərdə məsafəli kod yerinə yetirməyə imkan verən mövcud boşluq aşkar olunub.
 
Videopleyerlər filmlər üçün subtitrli faylları yükləyirlər və təkmilləşdirirlər, bu da hakerlərə kodu yerinə yetirməyə və hücum edilən sistem üzərində nəzarəti əldə etməyə kömək edə bilər. "Check Point" şirkətinin ekspertləri bildirdikləri kimi, cinayətkarlar qurbanı öz pleyerində xüsusi şəkildə konfiqurə olunmuş faylı açmağa məcbur edə bilər və bununla da onun kompüteri üzərində nəzarəti ələ keçirə bilər.
 
Mövcud boşluqlar "Kodi", "VLC", "Popcorn Time" və "Stremio" kimi populyar videoyayım platformalarına toxunur.
 
""Check Point"in məlumatına görə, hazırda boşluğa məruz qalan proqram təminatını təxminən 200 mln. videopleyer və strimerlər istifadə edir. "VLC" və "Popcorn Time" da problem artıq düzəlib, "Kodi" və "Stremio" isə patç üzərində hələ də işləyir.

Ekspertlər mövcud boşluqların olmasını yalnız yuxarıda adları çəkilən platformalarda testdən keçiriblər, lakin digər pleyerlərdə də onun mövcudluğunu istisna etmirlər. İstifadəçilərin əksəriyyəti subtitrləri məlumat saxlanan xüsusi yerdən alır, ora isə istənilən şəxs zərərverici faylı yükləyə bilər. Portallar subtitrləri cinayətkarların xeyrinə olan populyarlığa görə sıralayır", - deyə məlumatda qeyd olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol