• $
  • €
  • ₽
  • ₺
  • £

Üç minə yaxın Xaçmaz sakini içməli susuz qalıb

Üç minə yaxın Xaçmaz sakini içməli susuz qalıb
27.05.2017 18:40
Xaçmaz rayonunun "Yeni Həyat” qəsəbəsinə içməli suyun verilişi dayandırılıb.

Anews.az-ın Report-a istinadən verdiyi məlumata görə, rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən qəsəbə kənd təsərrüfatının yüksək inkişafı ilə tanınır. 

Üç minə yaxın əhalisi olan bu yaşayış məntəqəsi hazırda içməli su ilə bağlı çətinlik yaşayır. Qəsəbəni içməli su ilə təmin edən su anbarına verilən elektrik enerjisi dayandırılıb. Bu səbəbdən sakinlər üç gündür içməli su qıtlığı yaşayır. 

Ümumiyyətlə, 700-ə yaxın təsərrüfatı su ilə təmin edən sayğacda enerji borcunun olduğu bildirilir. 

Xaçmaz Rayon İcra Hakimiyyətinin "Yeni Həyat” qəsəbəsi üzrə icra nümayəndəsi Güləddin Sədiyev açıqlamasında bildirib ki, artezian quyusuna qoyulan sayğacın 12 min manat borcu var: 

"Xaçmaz Elektrik Şəbəkəsinin əməkdaşları borc ödənmədiyindən elektrik enerjisinin verilişıni dayandırıblar. Sakinlər uzun müddətdir istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmir. Sayğac şəbəkədən ayrılandan sonra üç gün ərzində yerli bələdiyyə 1000 manat pul yığa bilib. Elektrik enerjisi verilişinin bərpası üçün borc tam ödənilməlidir". 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol