• $
  • €
  • ₽
  • ₺
  • £

Dolu və leysan rayonlarımızda fəsadlar törədib – FOTO

Dolu və leysan rayonlarımızda fəsadlar törədib – FOTO
30.05.2017 20:40
Güclü küləklə müşayiət olunan dolu və leysan İsmayıllı rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub.

Anews.az xəbər verir ki, İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsindən APA-ya bildiriblər ki, təbii fəlakət nəticəsində rayonun Qoşakənd, Ağbulaq, Qalıncaq, Quşencə, Hacihətəmli, Kürdmaşı kəndlərində 510 hektar taxıl sahəsi, 51 hektar üzüm bağı, 0,5 hektar tütün sahəsi, 3 hektar sahədə meyvə-tərəvəz və bostan məhsulları tələf olub.

Yerli sakinlər İsmayıllıda uzun illərdir ki, belə güclü dolu müşahidə olunmadığını bildiriblər. Təxminən 15 dəqiqə ərzində düşən dolu hər tərəfdə qalın buz qatı yaradıb.

Qoşakənd sakinlərinin sözlərinə görə, dolu meyvə-tərəvəz, taxıl və otlaq sahələrinə böyük ziyan vurub. Taxıl biçininə hazırlaşan kəndlilərə küllü miqdarda maddi ziyan dəyib.

Təbi fəlakətdən ziyan çəkən sakinlər dəyən ziyana görə kompensasiya ödənilməsini istəyirlər.

İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Paşa Məmmədov bildirib ki, dolu rayonun 10-dan çox kəndinə düşüb, taxıl və üzüm sahələrini məhv edib, məhsuldarlıq aşağı düşüb. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarına dəyən ziyanın aradan qaldırılması üçün həmin əkin sahələri mütləq sığortalanmalıdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol