• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda böyük səhifə sahiblərinə PİS XƏBƏR - "FACEBOOK" DAYANDIRDI!

Azərbaycanda böyük səhifə sahiblərinə PİS XƏBƏR - "FACEBOOK" DAYANDIRDI!
30.05.2017 16:10
Son günlər "Facebook” paylaşımların çatdırılma sayını azaldıb. Belə ki, sosail şəbəkədəki qrup və səhifələrdə paylaşılan yazılar daha az istifadəçiyə çatdırılır, çox paylaşım edən şəxslərin isə hesabı əngəllənir. Bu da nəticədə istifadəçilər arasında narazılıqların yaranmasına gətirib çıxarır.

Yaranan problemlə bağlı Metbuat.az-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, sosial şəbəkədə yaranan peroblemlər "Facebook”un kommersiya tərəfinin güclənməsi ilə bağlıdır:

"Onlar bu siyasəti addım-addım həyata keçirirlər. Yəni, əvvəllər pulsuz olan xidmətlər addım-addım pullu olmağa başlayır. Bütün qlobal resurslarda kommersiya xəttinin güclənməsi müşahidə edilir. Heç kim daha pulsuz xidmət göstərmək istəmir. Yalnız reklam vasitəsilə həmin paylaşımların daha böyük kütləyə çatdırılması əsas götürülür. Yəqin ki, istifadəçilər buna rəğmən müyyən addımlar atmalıdır. Yəni, az miqdarda da olsa reklam verməlidir. Bu reklamların özünün də qayda-qanunları var. Belə ki, paylaşmaların daha geniş radiusa çatdırılması istənilirsə, bunun özünün müyyən bir siyasəti, texnologiyası var. Məsələn, hansı vaxtlarda paylaşım etmək daha məqsədəuyğundur və s.

"Facebook” pulsuz heç nəyi paylaşmaq istəmir

İndi müxtəlif kommersiya qurumları, redaksiyalar və saytlar daha çox paylaşma istəyirlərsə, əvvəlki dövrlər arxada qalıb. Yəni, "Facebook” pulsuz heç nəyi paylaşmaq istəmir. Hansı istifadəçinin nə qədər pulsuz paylaşım etməsinə baxır. Lazım olanda, həmin profillər "Qara siyahı”ya atılır və ya məhdudlaşdırır.

"Facebook”un kommersiyalaşma xətti zamanla artacaq

Adi istifadəçilər üçün, bu elə də böyük dəyişiklik deyil. Hansı ki, burada qeyri-kommersiya tipli fəaliyyət göstərənlərdən gedir. Lakin əksinə, kommesiya məqsədilə istifadə edənlər "Facebok” reklamlarına üstünlük versələr yaxşıdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol