• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian Energy jurnalının 100-cü nömrəsi işıq üzü görüb

Caspian Energy jurnalının 100-cü nömrəsi işıq üzü görüb
31.05.2017 16:24
Caspian Energy jurnalının 100-cü yubiley nömrəsi işıq üzü görüb. Jurnal Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən neft-qaz sahəsinin nümayəndələri üçün mühüm hadisə olan "Caspian Oil & Gas 2017” beynəlxalq sərgi və konfransının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təqdim olunub. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Jurnalın bu nömrəsində əsas diqqət Xəzərdəki şirkətlərin investisiya fəallığı reytinqinə yönəldilib. Yekun nəticəyə görə, SOCAR Xəzərin həm Azərbaycan sektorunda, həm də Xəzər hövzəsinin bütün sahələrində yataqların işlənməsi ilə məşğul olan şirkətlərin reytinqində ilk yeri tutub. Qazaxıstanın milli "QazMunayQaz” şirkəti Xəzərdə perspektivli sahələrin kəşfi və işlənməsi layihələrinin investisiya reytinqində lider olub. "Lukoyl” şirkəti isə Xəzərin Rusiya sektorunda reytinqin lideri seçilib.

Caspian Energy jurnalının 100-cü nömrəsinin nəşri və Caspian European Club-un 15 illik yubileyi ilə əlaqədar jurnalın bu nömrəsində Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç və Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin müraciəti və təbriki dərc edilib.

Bundan əlavə, Caspian Energy jurnalında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sədri Vladimir Bekkerin, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun eksklüziv müsahibələri, həmçinin "Caspian Oil & Gas” sərgi və konfransının materialları, SOCAR-ın biznes portfelinin diversifikasiyası haqda məqalə, SOCAR-ın "Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun müsahibəsi və KQİ (Kompleks Qazma İşləri) Trestinin, SOCAR-ın Nəqliyyat İdarəsinin və Bilgah Beach Hotel-in fəaliyyəti barədə materiallar yer alıb.

Caspian Energy dünyanın 50 ölkəsində yayılır. 18 ildir ki, jurnalda MDB və Aİ dövlətlərinin prezident və baş nazirlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları çap olunur.

Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol