• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “birgə ad”ların qoyulması halları azalır

Azərbaycanda “birgə ad”ların qoyulması halları azalır
01.06.2017 11:31
Azərbaycanda bəzi adlar paralel şəkildə həm qızlara, həm də oğlanlara qoyula bilər.

Anews.az Trend-ə istinadən xəbər verir ki, belə "birgə ad”ların siyahısına Arzu, Hicran, Şövkət, İzzət, Yadigar, Ziyafət, Ulduz, İsmət, Afər və s. kimi adlar daxildir.

Ədliyyə Nazirliyinin statistik məlumatlarına əsasən, ölkədə uşaqlara "birgə ad”ların qoyulması halları azalır. Lakin bu az sayda qoyulan adların sırasında Arzu və Pərvin digərlərinə nisbətən son 3 ildə uşaqlara daha çox qoyulan adlar hesab edilə bilər.

2013-cü ildə Arzu 382 nəfərə qoyulduğu halda, sonrakı illərdə bu rəqəm getdikcə azalıb və 2016-cı ildə 257 uşağa qoyulub. 2016-cı ildə Arzu adı daha çox qızlara (242 nəfərə) qoyulub.

Pərvin adı 2013-cü ildə 118, 2016-cı ildə 58 uşağa verilib.

Statistik məlumatlardan bu nəticəyə gəlmək olar ki, valideynlər tərəfindən digər "birgə ad”lara olan maraq daha da azalıb. Məsələn, statistik rəqəmlərə görə, Şövkət adı 2013-cü ildə 37, 2016-cı ildə 19 uşağa qoyulub. Hicran adı 2013-cü ildə 15, 2016-cı ildə 14 uşağa, İzzət adı 2013-cü ildə 38, 2016-cı ildə 24 uşağa, Yadigar adı (bu ad adətən doğularkən valideynlərindən birini, xüsusilə ananı itirmiş uşaqlara verilib) 2013-cü ildə 16, 2016-cı ildə 13 uşağa, Ziyafət adı 2013-cü ildə 20, 2016-cı ildə 16 uşağa, İsmət adı 2013-cü ildə 33, 2016-cı ildə 17 uşağa, Ulduz adı həm 2013, həm də 2016-cı ildə 29 uşağa, Məhəbbət adı 2013-cü ildə 29, 2016-cı ildə 17 uşağa, Afər adı 2013-cü ildə 8, 2016-cı ildə 6 uşağa qoyulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol