• $
  • €
  • ₽
  • ₺
  • £

20 nömrəli məktəbin aqibəti necə olacaq?

20 nömrəli məktəbin aqibəti necə olacaq?
02.06.2017 14:20
Təhsil Nazirliyi 20 nömrəli məktəb-liseyin bir hissəsinin Avropa Liseyinə verilməsi məsələsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov report-un sorğusuna cavab olaraq bildirib ki, nəinki Bakının, eləcə də Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmaq üzrədir. 

O deyib ki, Prezidentin tapşırığına əsasən, bu məktəb əvvəlkindən daha böyük və daha geniş inşa edilib və Bakının ən yaraşıqlı binalarından biri olacaq: "Yeni tədris ilindən bu məktəbdə müəllim və şagirdlər dərsə başlayacaqlar. Məktəbin ən müasir avadanlıqlarla təchiz olunmuş funksional binası tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir". 

"Bütün bunlarla yanaşı, bir çox sosial şəbəkə istifadəçiləri və media qurumları yanlış məlumatlar yayırlar ki, guya 20 nömrəli məktəbin şagird və müəllimləri növbəti tədris ilindən yeni tikilən məktəbin binasında dərsə başlamayacaqlar. Bu məlumat tamamilə yanlışdır. Həmin məktəbin müəllim və şagirdləri yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə fəaliyyətlərini davam etdirəcəklər. Bunu həm şagirdlər, həm valideynlər, həm də elə biz səbrsizliklə gözləyirik" -, nazirlik rəsmisi əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə 20 nömrəli məktəb-liseyin ərazisinin bir hissəsinin Avropa Liseyinə verilməsi barədə iddialar yayılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol