Bakının mərkəzi yollarından biri bağlanacaq

Sabah Bakının mərkəzi yollarından biri bağlanacaq.
Anews.az Trend-ə istinadən xəbər verir ki, 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Formula 1 - Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı bu gün trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu trek - Xaqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























