• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Fərəcovdan vacib sərəncam

Zakir Fərəcovdan vacib sərəncam
03.06.2017 11:25
Zakir Fərəcovdan sərəncam: Çimərliklərə giriş pulsuz olacaq.

Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2017-ci ilin yay mövsümündə Sumqayıt şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.

Anews.az xeberle.com-a istinadın xəbər verir ki, sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Aidiyyati qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xdmət göstərilməsi üçün ticarət , iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin.

Sərəncamda yay mövsümü ərzində çimərlik zonalarında xilasetmə işlərinin lazımi səviyyədə qurulması və çimərliklərdə tibbi yardım göstərilməsi üçün müvafiq qaydada tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.

Sumqayıt şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsi və "Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb ki, çimərlik ərazilərinə mövsümü marşrut xətlərinin açılması  və əhalinin daşınması işinin  təşkili təmin edilsin.

Yay mövsümündə çimərliklərin təmiz saxlanılması və tullantıların vaxtında daşınması ilə bağlı Sumqayıt şəhər Təmizlik Depatamenti Məhdud Məsuliyyətli Cəmiyyətinə, ərazidə sanitariya-gigiyena qaydalarına əməl olunmasına ciddi nəzarətin həyata keçirilməsi ilə bağlı Sumqayıt şəhər Gigiyena və Epidemologiya Mərkəzinə tapşırıq verilib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol