Dərmanın təsirindən 14, sirkə turşusundan 3 nəfər zəhərlənib

Ötən ay sirkə turşusundan zəhərlənmə ilə bağlı 3 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, müraciət edənlərin hamısı xəstəxanaya yerləşdirilib.
A.Maqqsudov qeyd edib ki, onların arasında ölüm halı olmayıb: "May ayında 14 nəfər dərmanların allergik təsirindən zəhərlənib. Onlardan 5-i qəbul olunaraq xəstəxanada lazımi müayinə və müalicə olunub. Ötən ay ərzində spirtli içkilərin təsirindən sərxoş olan 11 nəfər xəstəxanaya gətirilib. Onlar mərkəzdə uzun müddət qalmayıb, ilkin yardım göstərildikdən sonra evə buraxılıblar".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























