• $
  • €
  • ₽
  • ₺
  • £

DİM Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirəcək

DİM Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirəcək
07.06.2017 15:20
640 nəfərin namizədliyi qeydə alınıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bu barədə "Report"a DİM-in mətbuat xidmətindən məlumat verilib.

İmtahan saat 10:00-da vahid auditoriyada – Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunacaq. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8 və 9 iyun tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 640 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, imtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır; 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavabların sayı düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur.

 Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol