• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-da yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü keçirilib

BDU-da yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü keçirilib
07.06.2017 23:50
Bu gün Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2016/2017-cı tədris ilinin yay imtahan sessiyasında "Açıq qapı” günü keçirilib.
 
BDU-dan APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmovun iştirakı ilə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. "Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları  quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndiriblər.
 
Qeyd edək ki, BDU rektorunun imzaladığı əmrə əsasən imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanlarda gözdən əlil tələbələr üçün xüsusi şərait yaradılıb, eyni zamanda, IV Bakı İslam Həmrəyliyi Oyunlarında könüllü qismində iştirak edən tələbələrə  imtahanlarda güzəştlərin edilməsi qərara alınıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.
 
İmtahan prosesinin təşkilindən və keçirilməsindən, həmçinin tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluqlarını bildirən "Açıq qapı” günü iştirakçıları obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol