• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ: Azərbaycan regionda ən çox sərmayə qoyulan ikinci ölkədir

Aİ: Azərbaycan regionda ən çox sərmayə qoyulan ikinci ölkədir
08.06.2017 13:20
Azərbaycanda 300-dən artıq Aİ şirkəti fəaliyyət göstərir.

"Azərbaycan regionda ən çox sərmayə qoyulan ikinci ölkədir. 300-dən çox Avropa İttifaqı (Aİ) şirkəti Azərbaycanda fəaliyyət göstərir".

"Report"un verdiyi xəbərə görə, bu barədə Aİ-nın Şərq qonşuluğu üzrə direktor Lourens Meredit bildirib.
"Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətin 50%-i məhz Aİ ölkələrinin payına düşür. Azərbaycan iqtisadiyyatına təxminən 27 mlrd. avro birbaşa sərmayə yatırılıb. Qeyri-neft sektoruna 2,5 mlrd. avro pul qoyulub. Sərmayələri bir sıra sahələr üzrə uğur kimi görürük. Təhsil Nazirliyi ilə peşə təhsili ilə bağlı danışmışıq. Aİ bu sahədə dəstək göstərməyə hazırdır. Digər sahə kənd təsərrüfatı və kənd yerlərinin inkişafıdır. Biz Azərbayacanın kənd təsərrüfatındakı potensialı görürük. Regionlar üzrə kənd təsərrüfatına dəstək vacibdir. Rəqəmsal bazarın formalaşması da Aİ-nın əsas prioritetlərindən biridir", - deyə o qeyd edib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə bildirib ki, indiyə qədər təmsil etdiyi quruma Azərbaycanda təhsil sahəsində 19 min avro ayrılıb və bu da güclü əməkdaşlığn bir hissəsidir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol