• $
  • €
  • ₽
  • ₺
  • £

Meksika səfiri: "Bakı Ali Neft Məktəbi ilə əlaqələrin qurulmasında maraqlıyıq"

Meksika səfiri: "Bakı Ali Neft Məktəbi ilə əlaqələrin qurulmasında maraqlıyıq"
08.06.2017 23:00
Bakı Ali Neft Məktəbi (BANM) və Meksika Neft İnstitutu arasında əməkdaşlığın perspektiv inkişafı, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyi və digər məsələlər Ali Məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətovun Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodrigo Labardini ilə görüşündə müzakirə olunub. BANM-də keçirilən görüşdə, həmçinin, 24-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransında iştirak etmək məqsədilə Azərbaycana gəlmiş Meksika Neft İnstitutunun icraçı rəhbəri Viktor Xerardo Ortiz Qayardo də iştirak edib.

Milli.Az xəbər verir ki, qonaqlara BANM-in nailiyyətləri və əsas fəaliyyət istiqamətləri haqqında bəhs edən Ramiz Hümbətov onları Ali Məktəbin yeni açılmış kampusu, müəllim və əməkdaşlar üçün yaradılan şərait, təhsil prosesinin təşkili ilə bağlı ətraflı məlumatlandırıb.

Səfir Rodrigo Labardini Azərbaycanla əməkdaşlığın Meksika üçün xüsusi əhəmiyyətini qeyd edərək ölkəsinin iqtisadiyyatında əldə edilən nailiyyətlərdən söz açıb. Səfir bildirib ki, Ali Məktəblə Meksika Neft İnstitutu arasında əlaqələrin inkişafında Viktor Ortiz Qayardonun səfərinin mühüm rolu olacağına ümid edir. Rodrigo Labardini bu kimi əlaqələrin inkişafının vacibliyini bu ilin əvvəlində rektor Elmar Qasımovla görüşdə müzakirə etdiklərin xatırladıb.

Meksika Neft İnstitutunun icraçı rəhbəri Viktor Ortiz Qayardo isə öz növbəsində BANM ilə əlaqələrin yaranmasında maraqlı olduğunu bildirib.

Müasir texniki təchizatı olan tədris laboratoriyaları, o cümlədən neft sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırlamaq imkanları olan BANM-la əməkdaşlığın Meksika Neft İnstitutuna böyük faydası olacağını qeyd edib.

Görüşdə gələcək qarşılıqlı əməkdaşlıqlar və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol