• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik 130 əlili istirahətə göndərib

Nazirlik 130 əlili istirahətə göndərib
09.06.2017 12:20
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərdən daha 130 nəfəri istirahətə yola salınıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, onlardan 50 nəfəri Quba rayonunda, 80 nəfəri isə Xaçmaz rayonunda (Nabran) yerləşən istirahət mərkəzlərində dincələcəklər.
 
Xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə yola salınan əlilliyi olan insanlar maddi təminatlarının artırılması istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasından və reabilitasiya tədbirlərindən razılıqlarını ifadə ediblər.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda nəzərdə tutulan tədbirlərdən biri də əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkilidir. Bununla  əlaqədar cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub. Ötən aydan etibarən artıq 510 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib. Onlardan 300 nəfərin Lənkəran, 160 nəfərin Xaçmaz, 50 nəfərin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.
 
Qeyd edilən Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının mühafizəsi və tibbi bərpası, bədən tərbiyəsinə, idmana cəlb edilmələri və s. tədbirlər də əksini tapır. Hazırda bu istiqamətlərdə də müvafiq işlər aparılır. Həmçinin bu təbəqələrdən olan insanların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nazirliyin sifarişləri əsasında layihələr icra olunur.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol