• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 4 ali məktəbin akkreditasiyası təsdiqləndi

Azərbaycanda 4 ali məktəbin akkreditasiyası təsdiqləndi
09.06.2017 19:40
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda 4 ali məktəbin akkreditasiyası barədə əmr imzalayıb.

Anews.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirin əmri ilə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin və Bakı Biznes Universitetinin akkreditasiyaları barədə Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı nəzərə alınaraq adıkeçən universitetlərin akkreditasiyası təsdiq olunub.
 
Universitetlərə müvafiq keyfiyyət sənədi-sertifikat verilib, həyata keçirdikləri təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2016-2021-ci illər üçün akkreditə olunmuş hesab edilib, hər biri üçün akkreditasiya müddəti 5 il müəyyənləşdirilib.
 
Qeyd edək ki, "Təhsil müəssisələrinin akkreditasiyası qaydaları" və "Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar" əsasında 2015-2016-cı tədris ilində Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin, Bakı Biznes Universitetinin akkreditasiyaları keçirilib. Akkreditasiyaların nəticələri ilə bağlı Akkreditasiya komissiyalarının yekun arayışları Təhsil Nazirliyinin Akkreditasiya Şurasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol