• $
  • €
  • ₽
  • ₺
  • £

Ovçulara bəd xəbər

Ovçulara bəd xəbər
09.06.2017 19:40
Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən "Balıq və digər su bioresursları ovunun Qaydaları”nda əksini tapan "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”də sərt məhdudiyyətlər yer alıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, Tələblərə əsasən, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:

- hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;

- lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;

- bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.

Ovuna icazə verilən balıq və su onurğasızlarının minimum ölçüləri (santimetrlə) aşağıdakı kimidir:
 

Sıf

43

Çəki

40

Çapaq

26

Külmə

17

Qarasol

17

Xəşəm

 

41

Kütüm

35

Kefal

24

Şamayı

19

Şirbit

52

Qarabel siyənək

20

Şişqarın siyənək

14

Xramulya

24

Xərçəng

10

Krevet 

5

 
 
 Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:

 

 

Qadağanın qüvvədə olduğu müddət intervalı

Xəzər dənizi

 

Şabran limanında

1 yanvar -15 iyun

Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi  sahədə

1 iyun - 20 iyul

Kür çayı

 

Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə

1 - 30 aprel

Çay ilə əlaqəsi olan su hövzələrində

1 may - 30 iyun

Xəzər dənizinə axan bütün çaylarda

1 may - 30 iyun

Krevetlərin kürüləmə müddətində

1 iyun - 1 iyul

Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə

1 yanvar -15 avqust

Xərçəng ovu

1 aprel - 31 oktyabr

 
 
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

- gün ərzində 10 ədəddən çox olmayan xərçəng;

- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;

- balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq,balıqlar (ovlanmış bir balığın çəkisinin  5 kq-dan çox olması halları istisna edilir).
 
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol