• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayevdən turizm xidməti göstərənlərə

Əbülfəs Qarayevdən turizm xidməti göstərənlərə
10.06.2017 11:40
Dövlət Turizm Reyestri turizm xidməti göstərən hər kəs üçün açıq olacaq.

Anews.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, turizm xidməti göstərən hər kəs bu sistemə daxil olaraq, özü haqqında məlumatları yerləşdirəcək. 

Mədəniyyət və Turizm Nazirliyi isə müvafiq ictimai qurumlarla birlikdə sistemə informasiyalarını daxil edən şirkət, hotel, yaxud insanların məlumatlarını yoxlayacaq: "Əgər orada nə ünvan, nə də ad varsa, məlumatlarını qeyd edənlə bağlı naməlum vəziyyət yaranırsa, onda biz onları reyestrin əsas siyahısına daxil etməyəcəyik. Biz bütün beynəlxalq tədbirlərə, təhsilin artırılması, xidmətin yüksəldilməsi proqramlarına, təşkilati məsələlərə reyestrə daxil olacaq şirkətləri cəlb edəcəyik. Ona görə də şirkətlər öz işlərinin peşəkarlığını heç vaxt itirməməlidirlər. Bu, mütləq şərtdir. Çünki biz dövlət olaraq, biznes mühiti haqqında, eyni zamanda, turistlər haqqında da düşünməliyik”.

Ə.Qarayev qeyd edib ki, Dövlət Turizm Reyestrində hotellərin ulduz dərəcələri barədə də məlumatlar yerləşdiriləcək: "Biz yoxlama apardıqdan sonra müəyyən edəcəyik ki, o, 3, 4,5 ulduzludur, yaxud ulduzsuzdur. Müəssisə ulduzsuz da olsa, xidmətlərini göstərə bilər. Əgər onun yatmağa yeri varsa, normal qida verirsə, ulduz dərəcəsinə çatmasa belə, işləyə bilər. Amma hamı bilməlidir ki, onun ulduz dərəcəsi yoxdur".

Ə.Qarayev onu da əlavə edib ki, ölkədə sertifikatsız bələdçi olmamalıdır: "Buna görə də turizm şirkətlərinə tövsiyə edirəm ki, birgə işlədikləri bütün bələdçiləri qeydiyyata alsınlar. O adamlar sertifikatlı olmalıdırlar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol