• $
  • €
  • ₽
  • ₺
  • £

Olimpiya Stadionunun nizamnamə kapitalı niyə azaldıldı?

Olimpiya Stadionunun nizamnamə kapitalı niyə azaldıldı?
10.06.2017 17:00
Bakı Olimpiya Stadionunun SOCAR-ın tərkibindən çıxarılıb "Neftçi” İctimai Birliyinə verilməsi ilə bağlı bir çox qaranlıq məqamlar var.

Anews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, ən çox müzakirə olunan məsələ isə ölkənin ən böyük arenasının nizamnamə kapitalının 590 milyon manatdan 1000 manata qədər azaldılması idi.

Bu məsələyə isə stadionun baş mühasibi Azər Əliyev aydınlıq gətirib: "BOS-a yatırılan investisiyaları artıq aktiv hala gətirmək istəyirik. Bildiyiniz kimi, arena "Neftçi” İctimai Birliyinin tərkibinə verilib. Burada kafe, trenajor zalı, idman məktəbləri icarəyə verilir. Yəni bura yatırılan maliyyəni doğrultmaq üçün işləyirik. Dövlət Neft Şirkətinin nizamnaməsinə əsasən, bütün idman obyektləri şirkət rəhbərinin  təsis etdiyi "Neftçi” İctimai Birliyinə verilir.

590 milyon nizamnamə kapitalı 1000 manata qədər azaldılacaq. Bununla bağlı özümüz Vergilər Nazirliyinə müraciət etmişik. MMC olaraq qalmağa davam edəcəyik. Maliyyə məsələləri "Neftçi” İctimai Birliyinə aid olacaq. Bir ay ərzində bu proses gedəcək. Vergilər Nazirliyi və Ədliyyə orqanları məsələyə münasibət bildirəcək. Stadionun təsisçisi də Dövlət Nef Şirkəti olmayacaq, "Neftçi” İctimai Birliyi olacaq. Dəyişikliklər də bununla bağlıdır. Strukturda bir dəyişiklik olmayacaq”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol